Operativ Məlumat Mərkəzi

Özbəkistanda prezident seçkiləri baş tutub

1 dəq
Paylaş:
Özbəkistanda prezident seçkiləri baş tutub
bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib. "Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874...

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 11:00-da prezident seçkilərində qeydə alınmış seçicilərin 33,54%-dən çoxu səsvermədə iştirak edib. Bununla da qanunvericiliyə əsasən, ölkədə prezident seçkiləri baş tutmuş sayılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.

"Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874 seçici səs verib ki, bu da 33,54 faiz təşkil edir", - Kuçkarov deyib.

O xatırladıb ki, Seçki Məcəlləsinə əsasən,seçicilərin azı 33 faizi seçkilərdə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.

MSK-nın yenilənmiş məlumatlarına əsasən, vahid seçici siyahısında 19 milyon 414 min 914 nəfərə yaxın seçici qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər