Sentyabrın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb, yabanı halda bitmiş 72 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.