Əsas məzmuna keç

Ötən ay 6 nəfər başqasının sənədi ilə sərhədi keçməyə cəhd göstərib

Ötən ay 6 nəfər başqasının sənədi ilə sərhədi keçməyə cəhd göstərib

Ötən ay qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət...

Ötən ay qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 934 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

"Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda 337 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 440 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #sərhəd#оlan
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…