Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini ölkəsini münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Orban bu barədə X sosial media platformasında paylaşım edib.
O yazıb: “Dörd ildir ki, Macarıstanı ölkənizlə Rusiya arasında müharibəyə sürükləmək üçün çalışırsınız. Brüsseldən dəstək aldınız və Macarıstan müxalifətinin dəstəyini təmin etdiniz. Son günlərdə Macarıstanın enerji təchizatı üçün çox vacib olan "Drujba" neft kəmərini bağladınız”.
Macarıstanın Baş naziri Ukraynanı “Drujba” neft kəmərinin fəaliyyətini dərhal bərpa etməyə çağırıb.
Məlumata görə, “Drujba” neft kəməri Rusiyadan başlayaraq Belarus ərazisindən keçməklə Polşa və Almaniya istiqamətində, həmçinin Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya uzanır.