Əsas məzmuna keç

Onlar Məscidül-Əqsaya buraxılmır...

Onlar Məscidül-Əqsaya buraxılmır...

İsrail işğal altındakı İordan çayının qərb sahilindəki fələstinlilərin ayında Məscidül-Əqsada cümə namazı qılmaq üçün keçməsinə mane olmaq qərarını təkrarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail baş nazirliyindən verilən açıqlamada, keçən il olduğu kimi Ramazan ayı ərzində də cümə namazı qılmaq üçün Qərb Sahilindən Qüdsə gələn fələstinlilərin girişinə məhdudiyyətlər qoyulduğu açıqlanıb.

Açıqlamada, Ramazan ayında cümə günləri ibadət etmək üçün Qərb Sahilindən gələnlərin etibarlı icazəsi olması və qiymətləndirməsindən keçməsi ilə Qüdsə girməsinə icazə veriləcəyi bildirilib.

İşğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya yalnız 55 yaşdan yuxarı kişilər, 50 yaşdan yuxarı qadınlar və 10 yaşından kiçik uşaqların lazımi icazələri almaq və təhlükəsizlik ekspertizasından keçmək şərti ilə daxil olacağı qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…