Əsas məzmuna keç

Ombudsman mediadan uşaqların hüquqlarını qorumağı tələb etdi

Ombudsman mediadan uşaqların hüquqlarını qorumağı tələb etdi

"İdrak" liseyindəki insidentlə bağlı müvəkkil azyaşlılardan müsahibə alınmasına sərt reaksiya verdi. Jurnalist etikası və qanunvericiliklə bağlı mühüm xəbərdarlıq.

en ru

“İdrak” liseyində baş vermiş insidentlə bağlı nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aparatı məlumat yayıb.

“Bir daha media nümayəndələrinə “Media haqqında” Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Qeyd edək ki, belə hallarla bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin edilir.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm”, - deyə məlumatda qeyd edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…