Operativ Məlumat Mərkəzi

Ombudsman Ermənistanla bağlı illik hesabat hazırlamasını təklif edir

1 dəq
Paylaş:
Ombudsman Ermənistanla bağlı illik hesabat hazırlamasını təklif edir
bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin...

“Azərbaycan Ombudsman institutu Ermənistanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı ildə bir dəfə məruzə hazırlasa bu da işimizin xeyrinə olar. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı ölkələrdə belə təcrübə var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ermənipərəst dairələr Azərbaycana hər zaman məhz bu istiqamətdə zərbə endirir:

“Ermənistandakı insan hüquq və azadlıqlarının hansı bərbad vəziyyətdə olması ilə bağlı Azərbaycan Ombudsman institutunun hazırladığı hesabat və bunun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması faydalı olar”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər