Tehran əyalətinin qubernatoru hərbi əməliyyatlar zamanı İran paytaxtında ictimai nəqliyyatın pulsuz olacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, əhaliyə kömək göstərmək və yanacaq istehlakını tənzimləmək məqsədi daşıyır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail Tehranı raket və nüvə proqramı hazırlamaqda ittiham edərək İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.
İran ittihamları rədd edərək İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına zərbələr endirib.