“O, bizim üçün çox vacib oyunçudur” – Varan

“O, bizim üçün çox vacib oyunçudur” – Varan
14.03.2023 20:25
Aa
dəq

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan komanda yoldaşı Kazemironun 4 oyunluq cəzalanması ilə bağlı danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı yarımmüdafiəçinin bu səbəbdən çox məyus olduğunu deyib:

“O, bizim üçün çox vacib oyunçudur. Komandanın tarazlığını bərpa edir. Lakin hər mövqe üçün yaxşı futbolçularımız var. Növbəti oyunlara hazırlıqlar davam edir. Diqqətimizi qarşıdakı matçlara yönəltməliyik.

Məncə, Kazemiro qırmızı vərəqədən sonra çox məyus oldu. Heç bir oyunçu meydanı sona qədər tərk etmək istəmir. Bu, futbolun bir hissəsidir. Çox məyusedici haldır”.

Xatırladaq ki, braziliyalı futbolçu İngiltərə Premyer Liqasının 27-ci turunun “Sauthempton”la görüşündə (0:0) birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Bununla da, o, dörd oyun komandasına kömək edə bilməyəcək. Kazemiro İngiltərə Federasiya kubokunun “Fulhem”, ölkə çempionatının isə “Nyukasl”, “Brentford” və “Everton”la qarşılaşmalarını buraxacaq.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu