"Aston Villa"nın yarımmüdafiəçisi Con Makginn "Nyukasl Yunayted"in maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Daily Mail"ə istinadən xəbər verir ki, 30 yaşlı şotlandiyalı futbolçu "Magpies"in transfer hədəflərindən biridir.
Məlumata görə, cari transfer pəncərəsi "Nyukasl" üçün uğurlu alınmayıb – klub bir sıra əsas oyunçular uğrunda mübarizəni uduzub.
Bu səbəbdən baş məşqçi Eddi Hou Çempionlar Liqasına qədər heyəti gücləndirmək niyyətindədir və Makginn onun üçün əsas alternativlərdən biri hesab olunur.
Makginnin "Aston Villa" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.