Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 min 232 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artıb.
Xüsusi şərtlərlə pensiya alanların 114 min 358 nəfəri yaşa görə pensiya alır ki, bu da illik müqayisədə 2,6 faiz çoxdur. Əlilliyə görə pensiya alanların sayı 14 min 112 nəfər təşkil edib və bu göstərici 0,7 faiz azalıb. Ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 22 min 762 nəfər olub ki, bu da ötən ilə nisbətən 5,2 faiz artım deməkdir.