Əsas məzmuna keç

Numan Kurtulmuş Bakının azadlıq gününü təbrik edib

Numan Kurtulmuş Bakının azadlıq gününü təbrik edib

Numan Kurtulmuş Qafqaz İslam Ordusunun tarixi zəfərini və Nuri Paşanın rəhbərlik etdiyi qəhrəmanlığı yad edərək, Bakının azadlıq gününü təbrik edib.

en ru

Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TBMM sədri bu barədə "X" hesabında paylaşım edib.

"Can Azərbaycanın paytaxtı Bakının düşmən işğalından qurtuluşunun 108-ci ildönümünü ürəkdən təbrik edirəm.

Bu müqəddəs zəfərin qəhrəmanları başda İslam Ordusu Komandanı Paşa olmaqla əziz şəhidlərimizi və Azərbaycanın istiqlal mübarizəsinə çiyin verən bütün qəhrəmanları minnətdarlıqla və şükranlıqla yad edirəm", - o paylaşımında vurğulayıb.

Qeyd edək ki, bu gün Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin və ətraf rayonlardakı ağalığına son qoyulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…