Noyabrın 12-də dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək

Noyabrın 12-də dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
07.11.2023 12:10
Aa
dəq

Dövlət İmtahan Mərkəzi noyabrın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" mərkəzə istinadən xəbər verir ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq.

İmtahan Bakı (Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28) və Naxçıvan (Naxçıvan şəhəri, Universitet şəhərciyi) şəhərlərində keçiriləcək. İmtahanda iştirak üçün 80 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 7, AC qrupu üzrə 15, BA qrupu üzrə 88, BB qrupu üzrə isə 248 olmaqla, ümumilikdə 358 namizəd qeydiyyatdan keçib.

Həftənin ən çox oxunanları

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib
DAVAMIN OXU davamın oxu

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu