Əsas məzmuna keç

Prokurorluğa işə qəbul üzrə test imtahanı keçiriləcək

Prokurorluğa işə qəbul üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi hüquqşünaslar üçün müsabiqə elan edib. Prokurorluq orqanlarına qəbul olmaq istəyən namizədlər sınaqdan keçmək üçün qeydiyyatdan keçməlidir.

en ru

Dövlət İmtahan Mərkəzi Respublikasının Baş Prokurorluğu ilə birgə 9 oktyabr 2026-cı il tarixində orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 324 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda ( şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) elektron formada keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat " kitabçası"nda əks olunub. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) ilə tanış olmaları zəruridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…