Operativ Məlumat Mərkəzi

Yeni Zelandiya İrandakı səfirliyini bağlayır

2 dəq
Paylaş:
Yeni Zelandiya İrandakı səfirliyini bağlayır
Yeni Zelandiya rəsmiləri cümə günü verdikləri açıqlamada bütün diplomatik heyətin gecə ərzində kommersiya uçuşları ilə İranı təhlükəsiz şəkildə tərk...

Yeni Zelandiya təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda İrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb və diplomatik heyətini təxliyə edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yeni Zelandiya rəsmiləri cümə günü verdikləri açıqlamada bütün diplomatik heyətin gecə ərzində kommersiya uçuşları ilə İranı təhlükəsiz şəkildə tərk etdiyini bildiriblər. Xarici İşlər və Ticarət Nazirliyinin sözçüsünün sözlərinə görə, səfirliyin fəaliyyəti hazırda Ankaradan davam etdirilir.

Nazirlik həmçinin qeyd edib ki, İranda olan Yeni Zelandiya vətəndaşlarına konsulluq yardımı göstərmək imkanları artıq “son dərəcə məhduddur”. Açıqlamada davam edən rabitə kəsintilərinin insanların ailə üzvləri və dostları ilə əlaqə saxlamasını ciddi şəkildə çətinləşdirdiyi vurğulanıb.

Xarici İşlər Naziri Uinston Peters isə həftənin əvvəlində verdiyi bəyanatda Yeni Zelandiyanın İranda zorakılıq və repressiyaların artmasından “dəhşətə gəldiyini” bildirib, İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı, o cümlədən ölümlə nəticələnən basqılarını kəskin şəkildə pisləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər