Əsas məzmuna keç

Yeni Zelandiya İrandakı səfirliyini bağlayır

Yeni Zelandiya İrandakı səfirliyini bağlayır

Yeni Zelandiya rəsmiləri cümə günü verdikləri açıqlamada bütün diplomatik heyətin gecə ərzində kommersiya uçuşları ilə İranı təhlükəsiz şəkildə tərk...

ru

Yeni Zelandiya vəziyyətinin pisləşməsi fonunda İrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb və heyətini təxliyə edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yeni Zelandiya rəsmiləri cümə günü verdikləri açıqlamada bütün diplomatik heyətin gecə ərzində kommersiya uçuşları ilə İranı təhlükəsiz şəkildə tərk etdiyini bildiriblər. Xarici İşlər və Nazirliyinin sözçüsünün sözlərinə görə, səfirliyin fəaliyyəti hazırda Ankaradan davam etdirilir.

həmçinin qeyd edib ki, İranda olan Yeni Zelandiya vətəndaşlarına konsulluq yardımı göstərmək imkanları artıq “son dərəcə məhduddur”. Açıqlamada davam edən rabitə kəsintilərinin insanların ailə üzvləri və dostları ilə saxlamasını ciddi şəkildə çətinləşdirdiyi vurğulanıb.

Xarici İşlər Naziri Uinston Peters isə həftənin əvvəlində verdiyi bəyanatda Yeni Zelandiyanın İranda zorakılıq və repressiyaların artmasından “dəhşətə gəldiyini” bildirib, İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı, o cümlədən ölümlə nəticələnən basqılarını kəskin şəkildə pisləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…