Suriya rəhbərliyi ölkənin uzun illər davam edən çətinlikləri geridə qoyaraq inkişaf və yenidənqurma mərhələsinə qədəm qoyduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Suriya rəhbərliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Suriya rəhbəri sanksiyaların aradan qaldırılması və məhdudiyyətlərin sona çatmasını ölkə üçün yeni uğur kimi qiymətləndirib. O, xalqa xidmət etmək üçün özünə güc arzulayıb, ABŞ Prezidenti Donald Trampa və Suriyanın yanında olan bütün dost ölkələrə təşəkkür edib.
ABŞ Xəzinədarlıq Nazirliyi isə Suriyanın “terrora dəstək verən ölkələr” siyahısından çıxarıldığını rəsmən təsdiqləyib. Qeyd edək ki, Suriya həmin siyahıya ilk dəfə 1979-cu ildə daxil edilmişdi.
Beşşar Əsəd rejiminin devrilməsindən sonra Vaşinqton və Dəməşq arasında diplomatik təmaslar da intensivləşib.
Analitiklər bu qərarı Suriyanın uzun illər davam edən iqtisadi və diplomatik təcridinin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirirlər.