Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzada silahların taleyi ilə bağlı razılıq əldə olunmayıb

2 dəq
Paylaş:
Qəzzada silahların taleyi ilə bağlı razılıq əldə olunmayıb

Fələstin siyasi fraksiyaları və vasitəçilər fəaliyyət göstərən silahlı qrupların silahlarının gələcək ilə bağlı hələ də yekun razılığa gələ bilməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuq “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı təsdiq üçün iki ayrı sənəd təqdim olunub. Bunlardan biri HƏMAS, digəri isə vasitəçilər tərəfindən hazırlanıb.

“Müzakirələrdən sonra ortaq yanaşma formalaşdırılıb və təklif olunan 15 bənddən 13-ü üzrə əldə edilib. Lakin silahlarla bağlı iki məsələ hələ də həllini tapmayıb”, - deyə Musa Əbu Mərzuq qeyd edib.

Qeyd edək ki, Fələstin qruplarının olunması İsrailin uzunmüddətli sülhə nail olmaq üçün irəli sürdüyü əsas şərtlərdən biri hesab olunur.

Məlumata görə, iyunun 6-dan etibarən Misirin paytaxtı Qahirədə müxtəlif Fələstin qrupları və vasitəçilər arasında görüşlər keçirilir. Danışıqlar ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanmasına dair planının ikinci mərhələsinin icrasına yönəlib.

Sözügedən plan beynəlxalq qüvvələrin bölgədə yerləşdirilməsini, idarəetmənin Qəzza üzrə xüsusi qeyri-siyasi komitəyə verilməsini, eləcə də HƏMAS və digər qrupların nəzarətində olan silahlar məsələsinin həllini nəzərdə tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax