Əsas məzmuna keç

Nizami Kino Mərkəzinə qrafit çəkən şəxslər saxlanıldı

Nizami Kino Mərkəzinə qrafit çəkən şəxslər saxlanıldı

Bülbül prospektindəki memarlıq abidəsinin fasadına yazı yazan gənclər polis tərəfindən tutulub. Tarixi binaya dəyən ziyan və araşdırmanın təfərrüatları burada.

en ru

Bakıda ölkə əhəmiyyətli abidəsi — Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə İdarəsində profilaktik iş aparılır.

Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, prospekti, 20 ünvanında yerləşən Nizami Kino Mərkəzinin binası naməlum şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…