Əsas məzmuna keç

Avtobusda soyğunçuluğa görə 3 nəfər saxlanılıb

Avtobusda soyğunçuluğa görə 3 nəfər saxlanılıb

yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən...

ru

Avtobusda soyğunçuluğa görə 3 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, yanvarın 8-də rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Nizami Rayon İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…