Nizami Cəfərov: “İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”

Nizami Cəfərov: “İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”
07.04.2023 11:46
Aa
dəq

“Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik. Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Necə ki, 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozub, indi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”.

Həftənin ən çox oxunanları

Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
DAVAMIN OXU davamın oxu

Deputat: Kəndi qadından daha yaxşı tanıyan ola bilməz

Deputat: Kəndi qadından daha yaxşı tanıyan ola bilməz
DAVAMIN OXU davamın oxu

Azərbaycanda “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun qəbul edilə bilər

Azərbaycanda “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun qəbul edilə bilər
DAVAMIN OXU davamın oxu

Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə hesabatı müzakirə olunur

Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə hesabatı müzakirə olunur
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova iranlı həmkarına başsağlığı verib

Sahibə Qafarova iranlı həmkarına başsağlığı verib
DAVAMIN OXU davamın oxu