Operativ Məlumat Mərkəzi

Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: "Avtomobildən düşməyə qoymadılar"

2 dəq
Paylaş:
Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: "Avtomobildən düşməyə qoymadılar"
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhd hadisəsindən necə baş verdiyindən danışıb. "Operativ Məlumat...

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhd hadisəsindən necə baş verdiyindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Qayane Akopyan və digərləri söhbətləşmək üçün onu avtomobilə dəvət ediblər, sonra düşməyə imkan verməyiblər.

"Mən dedim ki, Qayane xanım, iradəmin əleyhinə olaraq məni niyə "Yeralbur"a aparmaq istəyirsiz?", - A.Paşinyan söyləyib.

O bildirib ki, Q.Akopyan onunla görüşmək istəyirsə, telefon nömrəsinə zəng etməlidir: "Ona dedim ki, mən indi sizinlə birlikdə "Yeralbur"a getmək istəmirəm. Siz heç mənim oraya getmək istəyib-istəmədiyimi soruşmursunuz".

Paşinyanın oğlu söyləyib ki, ona qarşı ağır cinayət törədilib. O, Q.Akpyanın ev dustaqlığına buraxılmasına etiraz edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər