Paşinyanın Azərbaycanla razılaşdırdığı prinsiplər hansılardır?

Paşinyanın Azərbaycanla razılaşdırdığı prinsiplər hansılardır?
30.10.2023 11:05
Aa
dəq

Daha öncə xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bəzi prinsiplərini razılaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" həmin prinsipləri təqdim edir:

Birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Beləliklə, Bakı Ermənistan Respublikasının 29,8 min kv.km sahəsi olan ərazisini, İrəvan isə 86,6 min kv.km olan Azərbaycan ərazisini tanıyır.

İkinci prinsip: Tərəflər Almatı bəyannaməsi əsasında sərhədin delimitasiyasını həyata keçirmək barədə razılığa gəliblər. Yəni, tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.

Üçüncü prinsip isə ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılmasıdır.

10:50 ***

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu