Operativ Məlumat Mərkəzi

Nigeriyada Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb

1 dəq
Paylaş:
Nigeriyada Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
bu barədə xarici KİV məlumat yayıb. Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kaduna əyalətində silahlı dəstələrə qarşı əməliyyat üçün yola çıxan HHQ-ya...

Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus hərbi helikopterin Kaduna əyalətində qəzaya uğradığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kaduna əyalətində silahlı dəstələrə qarşı əməliyyat üçün yola çıxan HHQ-ya məxsus helikopter əyalətin Tami kəndində qəzaya uğrayıb.

Pilotun qəzadan sağ çıxdığı öyrənilib. HHQ rəsmiləri qeyd edib ki, helikopterin qəzaya uğrama səbəbi hələ məlum deyil və qəza ilə bağlı araşdırma başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər