Operativ Məlumat Mərkəzi

Nəzarətsiz qalan bacı, qardaş siçan dərmanı içib

1 dəq
Paylaş:
Nəzarətsiz qalan bacı, qardaş siçan dərmanı içib
rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı 2 yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə...

Ağdaşda azyaşlı bacı və qardaş zəhərlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı 2 yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Məsələ ilə bağlı TƏBİB qeyd edir: “2019-cu il təvəllüdlü (cinsi qadın olmaqla) və 2023-cü il təvəllüdlü (cinsi kişi olmaqla) vətəndaşlar 24.03.2023-cü il tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olduqdan sonra evə buraxılıblar”.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər