Əsas məzmuna keç

“Blue Origin” şirkətinin “New Glenn” raketinin sınağı zamanı partlayış qeydə alınıb

“Blue Origin” şirkətinin “New Glenn” raketinin sınağı zamanı partlayış qeydə alınıb

Floridada keçirilən mühərrik sınağı zamanı “New Glenn” ağır qaldırıcı raketində anomaliya baş verib.

en ru

“Blue Origin” şirkətinə məxsus “New Glenn” ağır qaldırıcı raketi Floridada həyata keçirilən mühərrik sınaqları zamanı partlayıb. Hadisə ilə bağlı görüntülər NASA-nın “Spaceflight” portalında yayımlanıb.

İlkin məlumatlara əsasən, insident yerli vaxtla saat 21:00 radələrində baş verib. “Blue Origin” şirkəti prosesində “anomaliya” qeydə alındığını təsdiqləyib. Şirkətin açıqlamasına görə, hadisə nəticəsində əməkdaşlar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, “SpaceX” şirkətinin buraxılış vasitələrinə rəqib kimi görülən “New Glenn” raketinin ilk uçuşu 2025-ci ilin yanvar ayında reallaşdırılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…