İsrailin Baş naziri Benyamin Netanyahu İran xüsusi xidmət orqanlarının oğullarından birinə sui-qəsd təşkil etməyə çalışdığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, İranın oğullarından birini izlədiyini və ona qarşı sui-qəsd cəhdi həyata keçirməyə çalışdığını iddia edib.
Baş nazir bununla bağlı təfərrüat açıqlamayıb.
Qeyd edək ki, Netanyahunun Sara Netanyahu ilə evliliyindən Yair və Avner adlı iki oğlu, ilk evliliyindən isə Noa adlı qızı var.
Netanyahunun oğullarından hansının hücumun hədəfi olduğu isə məlum deyil.
“France 24”un məlumatına görə, onun 35 yaşlı böyük oğlu Yair 2024-cü ildən etibarən əsasən Mayamidə yaşayır və İsrailin Şin Bet təhlükəsizlik xidmətinin mühafizəsində olduğu ehtimal edilir.