Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Netanyahu Trampdan Türkiyəyə silah satışını dayandırmağı istəyib

2 dəq
Paylaş:
Netanyahu Trampdan Türkiyəyə silah satışını dayandırmağı istəyib

İsrailin Benyamin ABŞ Prezidenti Trampla telefon danışığında Türkiyəyə Amerika istehsalı olan silahların satışına mane olunmasını xahiş edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "N12" portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə münasibəti ilə bağlı narahatlığını ifadə edib və ABŞ istehsalı olan hərbi texnologiyaların, xüsusilə "F-35" qırıcılarının Türkiyənin hərbi potensialını əhəmiyyətli dərəcədə artıracağını bildirib.

Bildirilir ki, İsrail tərəfi bunu öz təhlükəsizliyi üçün risk hesab edir. Mənbələrin sözlərinə görə, Donald Tramp Netanyahunun müraciətini dinləyib və məsələ ilə bağlı Ərdoğana müəyyən mesajlar çatdıra biləcəyi istisna olunmur.

Qeyd olunur ki, bu müraciət İsrail və Türkiyə arasında uzun müddətdir davam edən siyasi gərginlik fonunda baş verib. Benyamin Netanyahu daha əvvəl Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı bəyanatlarından narahatlığını ifadə etmiş və bu məsələnin ABŞ-dakı müttəfiqlərinin diqqətinə çatdırılacağını bildirmişdi.

Xatırladaq ki, Rəcəb Tayyib bu ilin may ayında Qurban bayramı münasibətilə etdiyi çıxışında İsrail hökumətinin siyasətini kəskin tənqid etmiş və dünya müsəlmanlarını İsrailə qarşı birlik nümayiş etdirməyə çağırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax