Netanyahu ABŞ televiziyasının "Fox News" proqramında çıxış edərək, İsrailin Qəzzaya hücumları və ABŞ ilə münasibətləri barədə açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ prezidenti Baydenin Rəfahın onun üçün “qırmızı xətt” olduğu sözlərini xatırladan Netanyahu, “Rəfəhdə HƏMAS üzvləri var və onlar Həmas-ı məhv etmək üçün Baydenlə razılaşdılar” deyə müdafiə edib.
Netanyahu, "Əsas məqsədlərlə bağlı (Bayden ilə) razılaşmalarımız var, lakin fikir ayrılıqları da var. Nəhayət, qərar verəcək İsraildir",- deyə bildirib.
ABŞ prezidenti Bayden iki gün əvvəl verdiyi müsahibədə Netanyahunun "indi İsrailə xeyirdən çox zərər verdiyini" ifadə edərək, Qəzzaya edilən hücumlara və bu hücumlarda həlak olan 30 mindən çox mülki vətəndaşa görə İsrail baş nazirinin məsuliyyətinin ağır olduğunu bildirib.
Bayden, Qəzzada ölənlərin sayının çox yüksək olduğunu və Netanyahu hökumətinin "mülki insanların həyatını necə hədəf almamağa" ciddi diqqət yetirməli olduğunu vurğulayıb.