İsrailin baş naziri Benyamin Netanyahu ölkənin cənub bölgələrinin rəhbərləri ilə söhbətində Yaxın Şərqi dəyişdirəcəyini və HƏMAS-ı məğlub edəcəyini vəd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
“Biz seçki kampaniyasının ortasındayıq, bilirəm ki, siz dəhşətli və çətin işlərdən keçmisiniz. Lakin HƏMAS-ın keçəcəyi işlər də çətin və dəhşətli olacaq”, - deyə baş nazir bildirib.
Baş nazir İsrail rəsmilərinə göstərdikləri dözümə və cəsarətə görə təşəkkür edib. O qeyd edib ki, qarşıdan gələn döyüş zaman alacaq.
"Sizdən güclü olmanızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişdirəcəyik", - Baş nazir vurğulayıb.