Əsas məzmuna keç

Netanyahu Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Netanyahu Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Netanyahu bu məsələdə “çox yaxşı ideyalar”ın olduğunu deyib. “Biz Qəzzanı kimin idarə edəcəyini, təhlükəsizliyi kimin təmin edəcəyini müzakirə etdik və...

İsrailin Baş naziri Benyamin və vitse-prezdenti Devid Vens Qəzzanın idarəçiliyi mövzusunda fikir mübadiləsi aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bu məsələdə “çox yaxşı ideyalar”ın olduğunu deyib.

“Biz Qəzzanı kimin idarə edəcəyini, təhlükəsizliyi kimin təmin edəcəyini müzakirə etdik və bəzi çox yaxşı ideyalar var. Bu, asan olmayacaq, amma düşünürəm ki, mümkündür”, - Netanyahu bildirib.

hərbi birləşmələrinin Qəzzada yerləşdirilmə ehtimalı haqqında suala cavab verən Netanyahu İsrailin bu mövzuda tək qərar verməyəcəyini bəyan edib .

“Mənim bu məsələdə çox qətiyyətli fikirlərim var”, - Netanyahu vurğulayıb.

ABŞ vitse-prezidenti Qəzzadakı razılaşmasının düzgün şəkildə icra olunacağı təqdirdə, dünyadakı bütün sülh razılaşmaları üçün bir model olacağını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…