İsrailin baş naziri Benyamin Netanyahu hökumətə İsrail həbsxanalarında minlərlə yeni məhbus üçün yer hazırlamağı tapşırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“The Times of Israel”in yazdığına görə, ötən ilin oktyabrında İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə qarşıdurmasının başlamasından bəri İsrail hakimiyyəti terror şübhəsi ilə 4000-ə yaxın adamı həbs edib, onların əksəriyyəti Qəzza zolağındadır.