Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Netanyahu ABŞ elçiləri ilə İran məsələsini müzakirə etdi

1 dəq
Paylaş:
Netanyahu ABŞ elçiləri ilə İran məsələsini müzakirə etdi

İsrail Benyamin ABŞ Prezidentinin xüsusi elçiləri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi elçiləri Stiv və Cared Kuşner ilə görüş keçirib. Görüş zamanı regional məsələlər müzakirə olunub, həmçinin ötən cümə günü İranla keçirilən danışıqların birinci mərhələsi barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyasının mətbuat katibi Kerolin Levitt Donald Trampın fevralın 11-də Ağ Evdə Netanyahu ilə ikitərəfli görüş keçirəcəyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax