İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin hərbi kabinetinin üzvləri Təl-Əvivdə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Binyamin Netanyahu və hərbi kabinet üzvləri bu gün Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər. Tərəflər şimalda “Hizbullah” hərəkatı və cənubda husilərdən gələn təhdidlər, bu problemlərin həlli yollarını müzakirə ediblər ”, - məlumatda vurğulanıb.
Ofis əlavə edib ki, görüş zamanı Netanyahu İsrailin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini təsdiqləyib.