Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Almaniya şirkətləri kütləvi işçi ixtisarına hazırlaşır

2 dəq
Paylaş:
Almaniya şirkətləri kütləvi işçi ixtisarına hazırlaşır

Almaniyada şirkətlərin planlarında ehtiyatlı mövqe və işdən çıxarma meyli yenidən artmağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Almaniyada yanvar ayında 93,4 bal olan məşğulluq barometri bu ay 93,1 bala enib və alman şirkətləri daha çox işçi ixtisarı planlaşdırır.

Xüsusilə ixraca yönəlmiş sənaye sahələrində əsas gündəm mövzusu olaraq qalır. sənayesi olmaqla demək olar ki, bütün sektorlar işçi sayını azaltmağı hədəfləyir.

Xidmət sektorunun məşğulluq barometri fevralda yenidən mənfi zonaya düşüb. Lakin informasiya texnologiyaları xidmətləri, eləcə də hüquq və vergi məsləhətçiliyi sahələrində işçi axtarışı davam edir.

Ticarət sektoru daha az əməkdaşla fəaliyyətini davam etdirməyi planlaşdırdığı halda, tikinti sektorunda az da olsa işə qəbulun olacağına dair nikbin mənzərə müşahidə olunur.

Qeyd olunub ki, bir çox şirkət yeni iş yerləri yaratmaq əvəzinə işçi sayını azaltmağı planlaşdırır.

Digər tərəfdən, iqtisadiyyatı 2025-ci ilin son rübündə 0,3 faiz böyüyüb. Mütəxəssislər, xüsusilə müdafiə sahəsi başda olmaqla artan dövlət xərclərinin dəstəyi ilə 2026-cı il üzrə ümumi iqtisadi artımın 1 faiz səviyyəsində olacağını proqnozlaşdırırlar.

Eyni zamanda, Almaniya Mərkəzi Bankı (Bundesbank) ilin ilk rübündə ümumi daxili məhsulda (ÜDM) cüzi artım gözlədiyini açıqlayıb.

Bank vurğulayıb ki, yaz aylarından etibarən müdafiə və infrastruktur kimi sahələrdə dövlət investisiyalarının təsiri ilə daha güclü artım gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax