Əsas məzmuna keç

“Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

“Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

UEFA Konfrans Liqasında püşk atıldı: Nyon şəhərində keçirilən mərasimdə təmsilçilərimizin potensial rəqibləri bəlli oldu. Görəsən, komandalarımızı kimlər gözləyir?

en ru

UEFA Liqasında II mərhələsinin püşkatma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə klublarının növbəti raunddakı rəqibləri müəyyənləşib.

“Neftçi” bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Zirə” isə ilk mərhələdə Gürcüstanın “Torpedo” kollektivini mübarizədən kənarlaşdıracağı halda, "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün ən güclüsü ilə üz-üzə gələcək.

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…