Əsas məzmuna keç

Nazirlik əmək pensiyaları ilə bağlı yeni qərarı şərh edib

Nazirlik əmək pensiyaları ilə bağlı yeni qərarı şərh edib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişikliklə bağlı izah verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.

Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.

Onun güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.

Həmçinin yeni Qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişiklikər də edilib.

Pensiya

Oktyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron ən gec 14 oktyabr
  2. Naxçıvan MR 7 oktyabr · Ödənilib
  3. Digər bölgələr ən gec 20 oktyabr
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…