Əsas məzmuna keç

Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarılıb, yenisi təyin olunub

Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarılıb, yenisi təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Fərəməz oğlu təyin olunub.

Bu gün Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Statistika Komitəsinin sədri Tahir və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov F.Bağırovu kollektivə təqdim ediblər.

Təqdimatdan öncə F.Nəcəfli və T.Budaqov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Təqdimat zamanı Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdırılıb.

F.Nəcəfli və T.Budaqov işlərin dövrün tələblərinə uyğun qurulması, fəaliyyətin yenidən və çevik formada təşkili barədə yeni rəhbərliyə öz tapşırıq və tövsiyyələrini çatdırıblar.

Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…