Əsas məzmuna keç

Naxçıvanda yeni direktor təyinatları

Naxçıvanda yeni direktor təyinatları

Muxtar Respublikanın müxtəlif təhsil ocaqlarına yeni rəhbərlər gətirildi. Nazirliyin əmri ilə vəzifəyə başlayan şəxslərin tam siyahısı və təfərrüatları öyrənin.

en ru

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb. Nəticədə 6 nəfər uğur qazanmış şəxslərdən 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən:

Həsənov Həsən Məmməd oğlu adına tam orta məktəbə,

Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə,

Əliyev Səfa Ruhulla oğlu Şərur şəhər 2 nömrəli tam orta məktəbə,

Cəfərova İlahə Aydın qızı Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…