Əsas məzmuna keç

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan...

en ru

Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət statusuna malik olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.

Qanun iyulun 1-dən qüvvəyə minir.

həmçinin Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla səlahiyyətli nümayəndəliyin strukturu təsdiqlənib. Beləliklə, səlahiyyətli nümayəndəliyin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…