Operativ Məlumat Mərkəzi

Naxçıvanda 18 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayılıb

2 dəq
Paylaş:
Naxçıvanda 18 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayılıb
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunundan "Operativ...

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə xəbər verilib ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər