Operativ Məlumat Mərkəzi

Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb

2 dəq
Paylaş:
Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb
Naxçıvan Muxtar Respublikanın tibb müəssisələrinin həkim briqadaları tərəfindən ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki...

Naxçıvan Muxtar Respublikanın tibb müəssisələrinin həkim briqadaları tərəfindən ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələsində aşkar edilməsi məqsədilə icbari dispanserizasiya tədbirləri aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının həkim briqadası Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində şagirdləri müxtəlif müayinələrdən keçiriblər.

Pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası ümumilikdə 981 şagirdi müayinələrdən keçirib.

Müayinələr zamanı 40 nevroloji, 169 göz, 87 lor, 17 uroloji, 212 stomatoloji, 52 cərrahi və 21 pediatrik olmaqla, 598 şagird dispanser qeydiyyata alınaraq müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunublar.

Qrafikə uyğun olaraq şəhərin digər məktəblərində də dispanserizasiya işləri aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər