Əsas məzmuna keç

Navalnının meyiti ekspertiza üçün 2 həftə saxlanılacaq

Navalnının meyiti ekspertiza üçün 2 həftə saxlanılacaq

onun xanımı Yuliya Navalnaya bu barədə qərara etirazını bildirib. Navalnaya həyat yoldaşının kimyəvi silah hesab olunan “Noviçok” qazı ilə öldürüldüyünü...

Rusiyalı müxalifətçi Navalnının meyiti ekspertiza üçün 2 həftə saxlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun Yuliya Navalnaya bu barədə qərara etirazını bildirib.

Navalnaya həyat yoldaşının hesab olunan “Noviçok” qazı ilə öldürüldüyünü iddia edir və qeyd edib ki, Navalnının meyiti məhz kimyəvi maddənin izinin itməsi üçün saxlanılır.

Kremlin mətbuat katibi Dmitri Peskov Navalnının rəhbərliyi tərəfindən öldürüldüyü iddialarının əsassız olduğunu deyib.

Yuliya Navalnaya həyat yoldaşının Kremlə qarşı mübarizəsini özünün davam etdirəcəyini bildirib.

Xatırladaq ki, 47 yaşlı müxalifət lideri ötən il 6 maddə üzrə ittiham edilərək 19 il müddətinə həbs olunmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…