Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) fərdi məlumatların qanunsuz toplanması, işlənilməsi və mühafizəsinin təmin olunmaması səbəbindən hüquqları pozulan şəxslərin müraciətlərini qəbul edərək araşdıracaq. Bu barədə məlumat Agentliyin Nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə uyğun olaraq, MKA qarşısında aşağıdakı vəzifələr müəyyən edilib:
- Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət qurumları, hüquqi və fiziki şəxslərdən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını tələb etmək və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını təmin etmək.
- Fərdi məlumatların mülkiyyətçiləri və operatorlarının sifarişi əsasında məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin normativ hüquqi aktlara uyğunluğunu yoxlamaq məqsədilə audit həyata keçirmək.