Əsas məzmuna keç

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin təyinatı ilə bağlı qaydalar müəyyənləşib

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin təyinatı ilə bağlı qaydalar müəyyənləşib

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Nizamnaməyə əsasən, Agentliyin İdarə Heyətinin formalaşdırılması rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətinə daxildir.

en ru

Azərbaycanda fəaliyyətə başlayan Milli Agentliyinin idarəetmə strukturu ilə bağlı təfərrüatlar məlum olub. İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə görə, qurumun İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və naziri təyin edəcək.

Agentliyin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət İdarə tərəfindən həyata keçiriləcək. Qurumun İdarə Heyəti 4 üzvdən ibarət olacaq:

  • İdarə Heyətinin sədri;
  • İdarə Heyəti sədrinin 3 müavini.

Qeyd edək ki, İdarə Heyətinin sədri və onun müavinləri rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. İdarə Heyətinin sədri müvəqqəti olaraq vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətlərini sədr tərəfindən müəyyən edilmiş müavinlərdən biri yerinə yetirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…