Əsas məzmuna keç

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətlərinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətlərinə baxılıb

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəsatətləri müzakirə olunub və prosesin növbəti mərhələsi müəyyənləşdirilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsi tərəfindən hökm oxunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə prosesi başlayıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda Emin Mehdiyev və Mehriban Qarayeva (ehtiyat hakim Əli Məmmədov) iştirak ediblər. Prosesdə təqsirləndirilən şəxslər üçün müdafiəçilər və bildikləri dillərdə (erməni və rus) tərcüməçilər təmin olunub. Məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun nümayəndələri Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova müdafiə ediblər.

İclas zamanı təqsirləndirilən şəxslər məhkəmə heyətinə, prokurorlara və vəkillərə etiraz etmədiklərini bildiriblər. David Babayan və digər təqsirləndirilən şəxslər apellyasiya şikayətlərini müdafiə etdiklərini qeyd ediblər. Müdafiə tərəfi şahidlərin dindirilməsi, Ombudsman Aparatının nümayəndəsinin prosesə cəlb edilməsi və digər məsələlərlə bağlı vəsatətlər qaldırıb.

Dövlət ittihamçısı Sevinc Qasımova vəsatətlərin təmin olunmamasını xahiş edərək, Ombudsman nümayəndəsinin prosesin tərəfi olmadığını, şahidlərin dindirilməsi ilə bağlı tələblərin isə əsaslandırılmadığını vurğulayıb. Zərərçəkmişlərin nümayəndələri də prokurorun mövqeyini dəstəkləyiblər. İş materialları ilə elektron tanışlıqla bağlı isə heç bir məhdudiyyətin olmadığı qeyd edilib.

Müşavirədən sonra məhkəmə kollegiyası vəsatətlərin qismən təmin edildiyini elan edib. Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, 5 fevral 2026-cı il tarixli hökmə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, digər təqsirləndirilən şəxslər isə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…