Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO Avropanın şərq cinahındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır

2 dəq
Paylaş:
NATO Avropanın şərq cinahındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır

Rumıniyada yaşayış binasının damına pilotsuz uçuş aparatının düşməsi ilə nəticələnən hadisədən sonra Avropanın şərq cinahındakı qüvvələrini artırmaq niyyətindədir. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, admiral Cüzeppe Kavo məlumat verib.

Admiral şərq cinahının müdafiəsinin gücləndirilməsi üçün artıq konkret addımların atıldığını bildirib: "NATO artıq şərq cinahını gücləndirmək üçün addımlar atır. Bəli, biz bunu təşkil edirik".

Cüzeppe Kavo Draqone alyansın Baltik dənizindən Qara dənizə qədər uzanan vahid bir müdafiə sistemi yaratmağı hədəflədiyini vurğulayıb. Bununla belə, o, sözügedən sistemin texniki detalları və cəlb olunacaq qüvvələrin tərkibi barədə ətraflı məlumat verməyib. Admiral qeyd edib ki, NATO mövcud vəziyyətə uyğun ən effektiv əks-tədbirləri müəyyən edərək tətbiq etməkdədir.

Xatırladaq ki, mayın 29-da Rumıniya Qalati şəhərində yaşayış binasının damına pilotsuz təyyarənin düşməsi faktını təsdiqləyib. Buxarest rəsmiləri baş verən hadisədə Rusiyanı ittiham edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax