Operativ Məlumat Mərkəzi

NATO Rusiyanın “zərərli” kiber fəaliyyətlərini pisləyir

2 dəq
Paylaş:
NATO Rusiyanın “zərərli” kiber fəaliyyətlərini pisləyir
bu barədə NATO bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, NATO-ya üzv ölkələrin daimi nümayəndələrini bir araya gətirən Şimali Atlantika Şurası Moskvanın...

NATO Rusiyanın “müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaradan zərərli kiber fəaliyyətlərini” qəti şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, NATO-ya üzv ölkələrin daimi nümayəndələrini bir araya gətirən Şimali Atlantika Şurası Moskvanın müttəfiqlərin təhlükəsizliyinə təhdid yaradan “zərərli” kiber fəaliyyətlərini qəti şəkildə pisləyib.

Bəyanatda Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-ın NATO ölkələri və Ukraynanı hədəf alan son kiber fəaliyyətlərə görə Rusiyanın hərbi kəşfiyyat təşkilatı olan Baş Qərargah Baş Kəşfiyyat İdarəsini (GRU) məsul tutduqları vurğulanaraq, bu mövzuda müttəfiqlərin həmrəyliyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, bu fəaliyyətlər Moskvanın kiberməkanda Birləşmiş Millətlər Təşkilatının (BMT) çərçivəsinə “diqqətsizlik” nümayiş etdirir və Moskvanı bu fəaliyyətləri dayandırmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər