Bu gün beş NATO ölkəsinin donanması Norveçin qərb sahillərində 11 günlük "Arctic Dolphin 26" sualtı qayıq əleyhinə təlimə başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, donanmalar Arktika şəraitində axtarış və məhvetmə əməliyyatlarını həyata keçirəcək.
"Bu təlimlər təkcə Norveç Hərbi Dəniz Qüvvələri üçün deyil, həm də NATO üçün vacibdir. Bu, NATO-nun Şimaldakı mövcudluğuna sadiqliyini nümayiş etdirir və bizə bir neçə müttəfiqlə vacib birgə təlimlər keçirmək imkanı verir", - Norveç Kral Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kier Haugen qeyd edib.