Əsas məzmuna keç

"Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir"

"Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir"

Balaj Orban Brüsselin Ukrayna kursunu sərt tənqid edərək, maliyyə yardımlarının və üzvlük planlarının fəsadlarını açıqladı. Macarıstanın şok bəyanatı diqqət çəkir.

ru en

"Avropa İttifaqının Ukraynaya qarşı siyasəti sülhə töhfə vermir və Avropanın maraqlarına xidmət etmir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstan Baş nazirinin siyasi müşaviri Orban deyib.

"Aİ heç bir rasional əsaslandırma olmadan Ukraynaya pul yatırmağa davam edir, ciddi pozuntuları isə gözardı edilir və Avropa vətəndaşları bunun bədəlini ödəməyə məcbur edilir. Bu nə sülhə, nə də Avropaya xidmət edir. Müharibəyə və Brüsseldən gələn müharibəyönlü siyasətə son qoymağın vaxtı gəlib çatıb”, - Balaj Orban qeyd edib.

O, Ukraynanın hətta orta müddətli perspektivdə belə Aİ üzvlüyünə hazır olmadığını vurğulayıb:

"Avropanın gərginləşməyə yox, məsuliyyətə ehtiyacı var. məhz buna görə lazımdır, müharibə məhz buna görə bitməlidir və vətənpərvər Macarıstan hökumətinin sülh səylərini dəstəkləməsinin səbəbi də məhz budur".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…